Mərkəzi Bankın İdarə heyətinin sabiq sədri Elman Rüstəmov Baş nazir Əli Əsədovun müşaviri təyin olundu. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Aprelin 12-də Milli Məclisin qərarı ilə Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də AMB sədrliyindən də azad olunub. Bu il 70 yaşı tamam olacaq Elman Rüstəmov 1995-ci ilin yanvarından Mərkəzi Bankın rəhbəri idi.(apa)