Elman Rüstəmov işdən çıxarıldıbackend

Elman Rüstəmov işdən çıxarıldı

Elman Rüstəmov Şahmat Federasiyasının prezidenti vəzifəsindən azad edilib.

Hokm.az xəbər verir ki, noyabrın 26-da Gənclər və İdman Nazirliyində Azərbaycan Şahmat Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib.

Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə nazir Fərid Qayıbov konfrans iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb.

İclasda AŞF-in son illərdəki fəaliyyəti barədə qurumun prezidenti Elman Rüstəmovun hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçki keçirilib. 2007-ci ildən prezident funksiyasını yerinə yetirən Elman Rüstəmov növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.

Tədbir iştirakçıları vitse-prezident Mahir Məmmədovu 4 il müddətinə AŞF-in prezidenti seçiliblər.

Konfransda komandalararası Avropa çempionatında bürünc alan qadınlardan ibarət yığma üzvlərinə hədiyyə verilib.

Qeyd edək ki, Mahir Məmmədov FİDE-də vitse-prezident postunu tutur.

  •  (0)
  •  (0)