Elm sahəsi üzrə xərclər niyə azaldılıb? – Nazir açıqladıbackend

Elm sahəsi üzrə xərclər niyə azaldılıb? – Nazir açıqladı

Ötən il dövlət büdcəsinin xərclərinin sosial yönümlülüyü qorunub.

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, xəzinədarlıq orqanları təqdim olunan büdcə sifarişlərini maliyyələşdirir: “Belə bir sifariş təqdim olunmayıbsa və yaxud müəyyən vəzifələrin icrası üçün daha az vəsait tələb olunubsa, yaxud hər hansı bir normativ-hüquqi sənədlər bu vəsaitin ayrılmasına şərait yaratmayıbsa və ya qadağan edibsə, şübhəsiz ki, belə xərclərin maliyyələşdirilməsi təmin olunmur və büdcə təşkilatı bu xərcləri üzrə sifarişləri təqdim etmir. Bu baxımdan hesabatda göstərildiyi kimi, bütün xərclərin icra olunmaması ilə əlaqədar müvafiq izah edici məlumat verilib”.

Nazir elm sahəsi üzrə xərclərin az müəyyən edilməsi ilə bağlı qeyd edib ki, hətta 2021-ci il üzrə ayrılan vəsait də 15 % az istifadə olunub: “Bu xərclərin tam icra olunmaması, müəyyən mənada hər-hansı sahədə çoxlu problemlərlə bağlıdır. Bu problemlər öz həllini tapmaqla həmin sahəyə ayrılan vəsaitlər daha çox tələb olunacaq, yəni vəsaitləri sərf etmək qabliyyəti olduğu təqdirdə, biz bu sahədə də müəyyən irəliləyişi, eyni zamanda dövlət büdcəsinin xərclərini səmərəli istifadəsini müşahidə etdiyimiz halda büdcə ayrılmaları bu sahəyə artırıacaq”.

S.Şərifov müdafiə və təhlükəsizlik üzrə xərclərin tam təmin olunduğunu qeyd edib: “Səhiyyə xərcləri 2021-ci ildə nəzərdə tutulduğundan daha artıq icra edilib. Bu da, ötən il pandemiya ilə bağlı problemlərimizin tam həllini tapmaması ilə bağlıdır. Hələ də, pandmeiyanın mənfi təsirləri müşahidə edilirdi”.

Nazir əlavə edib ki, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə ilk olaraq ötən il vəsaitin itkisiz ayrılması və əməli icrasına istifadəsinə başlanılıb: “Bununla yanaşı, digər vacib layihələrə də vəsait ayrılıb”.

  •  (2)
  •  (0)