Əliyevlə Paşinyan arasında müzakirə – Ərdoğan DETALLARI AÇDIbackend

Əliyevlə Paşinyan arasında müzakirə – Ərdoğan DETALLARI AÇDI

“Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb, söhbət zamanı altı region ölkəsinin platformasının yaradılması mövzusu gündəmə gətirilib”.

Hokm.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən G20 liderlərinin sammitindən ölkəsinə qayıdan zaman təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makrona Cənubi Qafqazda müsbət addımların atıldığını, İlham Əliyevin də bu müsbət addımları davam etdirmək əzmində olduğunu bildirib:

“Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və onlarla birlikdə hamı qəbul edərsə, Ermənistan da olmaqla, bu altılıqla biz həqiqətən sülh platforması yaradacağıq”.publika.az

 

  •  (0)
  •  (0)