Əlində kəsik başla küçədə çılpaq gəzən şəxs saxlanıldı – FOTObackend

Əlində kəsik başla küçədə çılpaq gəzən şəxs saxlanıldı – FOTO

Əlində kəsik başla küçədə çılpaq gəzən şəxs saxlanılıb.

Hokm.az milli.az-a istinadla bildirir ki, əlində atasının kəsilmiş başı ilə dolaşan 30 yaşlı Dmitri qonşuların polisə məlumat verməsi nəticəsində saxlanılıb.

Dəhşətli olay Ukraynada, Odessada baş verib. Qonşuların dediyinə görə Dmitry Ponomarenko adlı oğlan 53 yaşlı atası Igor Ponomarenkonu öldürdükdən sonra başını kəsib. O, daha sonra kəsik başla küçəyə çılpaq halda çıxıb.

Polisə ifadə verən Dmitri tanrı olduğunu söyləyib: “Bunu etməliydim, çünki mən ibadət olunmayan tanrıyam”, – deyə o, sayaqlayıb.

Faktla bağlı cinayət işi açılıb, Dmitrini azı 15 illik həbs cəzası gözləyir.

  •  (0)
  •  (0)