“Əlində alt paltarı ilə gəzəndə…” – Ulvira Kamili pərt etdibackend

“Əlində alt paltarı ilə gəzəndə…” – Ulvira Kamili pərt etdi

Tanınmış fitness məşqçisi Kamil Zeynallı aparıcı Ulvira Qarayevanın verilişində qonaq olub.

Hokm.az pravda.az-a istinadla xəbər verir ki, o, Kamilə tutulması və yaydığı videolar barədə suallar ünvanlayıb.

“Hansısa erməni qadınının alt paltarını əlində göstərirdin. Tamaşaçılarda sual yarandı ki, Kamil döyüşmür, gedib hansısa qadının lifçiyi əlində videolar çəkir. Bunu edəndə nə fikirləşirdin, imicinə müsbət gətirəcəyini düşünürdün?”  – sualını eşidən K.Zeynallı cəbhədə çəkdiyi çətinliklərdən danışıb.

İdmançı ön cəbhədə də əsgərlərlə birlikdə olduğunu deyib:

“Ora hərbçi ermənilərin evi idi. Mənim imicimə zərər gətirən adamlar guya özləri nə edib? Gəlib onda evlərə girərdilər. Onda biz hələ digər rayonları azad etməmişdik. İkinci rayonda idik, Cəbrayılda idim. Başımızın üstündən toplar, raketlər gedirdi. Qınayanlar gəlsinlər görüm elə yerdə dayana bilərlərmi? Mən arxa cəbhədə idim, amma ön cəbhəyə də gedirdim. Siz nə bilirsiniz ki, mən ordu ilə birgə döyüşməmişəm?”

  •  (1)
  •  (2)