Əlibaba Məmmədovdan ÜZÜCÜ XƏBƏRbackend

Əlibaba Məmmədovdan ÜZÜCÜ XƏBƏR

Xalq artisti Əlibaba Məmmədovun səhhətində problem yaranıb.

Hokm.az lent.az-a istinadən xəbər verir ki, 92 yaşlı xanəndə ayaqlarının tutulduğunu bildirib.

“Evdən çölə çıxmıram. Çünki yeriyə bilmirəm. Ayaqlarımda problem yaranıb. Evdə müalicə olunuram. İnşallah yaxşı olar” deyə, Ə.Məmmədov söyləyib.

Qeyd edək ki, Ə.Məmmədovun bir neçə ay öncə qızı dünyasını dəyişib.

  •  (0)
  •  (3)