Əlibaba Məmmədov dünyasını dəyişdibackend

Əlibaba Məmmədov dünyasını dəyişdi

Xalq artisti Əlibaba Məmmədov 92 yaşında dünyasını dəyişib. 

Hokm.az xəbər verir ki, bu barədə məlumat “Qafqazinfo”ya daxil olub.

Qeyd edək ki, Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar da xanəndələrin repertuarlarına daxil edilib.

Xalq artisti “İnandır məni”, “Yaşa hələ”, “Sən gərək güləsən”, “Səni gözlər” kimi məşhur mahnıları səsləndirib.

1963-cü ildə Azərbaycanın əməkdar artisti, 1989-cu ildə xalq artisti fəxri adlarını alıb. “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunub.

Xatırladaq ki, Xalq artistinin oğlu Seyran Məmmədov fevralın 17-də 67 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Xanəndənin qızı isə ötən il COVİD-19 virusundan rəhmətə getmişdi.

  •  (0)
  •  (0)