Əli Həsənovun qudası Səttar Möhbalıyev AHİ Konfederasiyasını ailə biznesə çevirib – FAKTLARbackend

Əli Həsənovun qudası Səttar Möhbalıyev AHİ Konfederasiyasını ailə biznesə çevirib – FAKTLAR

7NEWS.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Xavanşir Həsənli məlumat verib: “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin beşinci “kruq” deputatı Səttar Möhbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır.
Deputatın qızı, 1988-ci il təvəllüdlü qızı Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir ailə konfederasiyası…
İşləyən vətəndaşların maaşlarından tutulan üzvlük haqları hesabına saxlanılan Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik edən deputatın xanımı həm də 2011-ci il noyabrın 21-də Türkiyədə təsis edilmiş SAT TURİZM DIŞ TİCARET LİMİTED ŞİRKETİnin əsas təsisçisidir.
Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 2009-cu ildə 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı adlı şəxs olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb.
İstanbul Ticarət Sicili Müdirliyinə aid sənədlərə görə 701623 saylı şəhadətnamə alan şirkətin hüqüqi ünvanı Merkezi:İstanbul Bakırköy Yeşilköy Mah.Bostan Sk.Aslan Apt.N.12 D.3-dür.
Nizamnaməyə görə şirkətin ticarət, turzimlə məşğul olmaq, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var.
Səttar Möhbalıyev prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır. O 27 ildən bəridir ki, Konfederasiyanın toxunulmaz sədridir, 2000-ci ildən indiyə kimi parlamentdəki yerini əldən vermir.
Dəfələrlə mətbuatda onun “Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb.”
Hokm.az

  •  (1)
  •  (0)