”Əli Həsənov verdiyi sözün üstündə dursun, yoxsa…”
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev 2017-ci il avqustun 3-də Bakının Heydər Əliyev prospektində “Gelandewagen” markalı avtomobili ilə yol qəzası törədib.
Nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan ikisi Türkiyə vətəndaşları, Muttalib Tekiş və Songül Tekiş olub. Mutallib Tekişin qardaşı İdris Tekişin Meydan TV-yə verdiyi məlumata görə, hadisədən sonra Əli Həsənov və Nailin atası Elman Allahverdiyev yaralananların bütün xərclərini üzərlərinə götürməyə söz veriblər. [the_ad id=”3884″][the_ad id=”3884″]
İdris Tekişin sözlərinə görə, əgər yardımlar davam etməsə, ailə üzvləri ayağa qalxa bilməyəcəklər.
















