Əli Əsədov rusiyalı həmkarına başsağlığı verdibackend

Əli Əsədov rusiyalı həmkarına başsağlığı verdi

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Hokm.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Rusiyanın Fövqəladə Hallar naziri Yevgeni Ziniçevin faciəli surətdə həlak olması xəbərindən kədərləndiyini bildirib, Rusiya Hökumətinin sədrinə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

  •  (0)
  •  (0)