“Azərbaycanda 3-4 sahədə inhisarçılıq ola bilər. Amma ümumilikdə monopoliya yoxdur”.
Hokm.az xəbər verir ki, bunu Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev deyib.
“Əli Məsimli müəllim bildirdi ki, ölkədə monopoliya var. Konkret hansı sahələrdə inhisarçılıq var, onu demək lazımdır. Mən burada bəy tərifi ilə məşğul olmaq istəmirəm, amma ciddi dəyişikliklər var”, – deputat bildirib.
Əli Məsimli isə cavab olara qeyd edib: “Rüfət müəllim, siz iqtisadiyyatın elə bir sahəsini deyin ki, orada monopoliya olmasın”.
Qeyd edək ki, iclasda deputat Əli Məsimli ölkədə məmur monopoliyasının olduğunu və bunun Azərbaycan xalqına ziyan vurduğunu deyib.”Unikal”