Ailə vəkili Cavid Rzazadə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəfat etməsi barədə yayılan xəbərlə bağlı açıqlama verib.
O, Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
________________
13:02
Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov vəfat edib.
Hokm.az xəbər verir ki, bu haqda Haqqın.az saytı məlumat yayıb.
Saytın yazdığına görə keçmiş nazirin vəfatı barədə məlumat, Vəkillər Kollegiyasından daxil olub. Bildirilib ki, Mahmudov gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
















