Elçin Hüseynov: “Ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu”backend

Elçin Hüseynov: “Ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu”

6 rayonun iştirakı ilə “Milli Qurtuluş Günü”nə həsr olunmuş videokonfrans keçirilib

12 iyun 2020-ci il tarixindəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq yeni növ koronavirus (COVİD – 19) pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimini nəzərə alaraq “Zoom” tətbiqi üzərindən online qaydada altı rayonun iştirakı ilə regional videokonfrans keçirilmişdir.

Tədbiri giriş sözü ilə açıq elan edən Cəlilabad rayon Gənlər və İdman idarəsinin rəisi Elçin Hüseynov konfrans iştirakçılarını salamlayaraq 15 iyun Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olan və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsindən söz açmışdır. O qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.

Konfransda daha sonra çıxış edən natiqlər, Lerik rayon Gənclər və İdman idarəsinin rəisi Natiq İsakov , Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov , Yardımlı rayon Gənclər və İdman idarəsinin rəisi Anar Alışov, Salyan rayon Gənclər və İdman idarəsinin rəisi Araz Hüseynov, Biləsuvar rayon Gənclər və İdman idarəsinin rəisi Azad Quliyev və Cəlilabad rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Elmar İbadlı qeyd etdilər ki, belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda Gənclər və İdman siyasətinin həyata keçirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən söz açıldı. Qeyd edildi ki, Heydər Əliyevin ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqətlə yanaşılmış, gələcək inkişaf perspektivləri ciddi nəzərə alınmışdı. O illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.

Ümummilli lider Heydər Əliyev fəaliyyəti dövürdə gənclərlədə bağlı bir çox mühüm fərmanların imzalamışdır. O qeyd edirdi ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bu baxımdan sağlam düşüncəli, savadlı və vətənpərvər nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir.

Sonda E. Hüseynov iclas iştirakçılarını Azərbaycanın Milli Qurtuluş Günü münasibəti ilə bir daha təbrik etdi.

//Hokm.az

   

  •  (0)
  •  (1)