Elçin Əlibəyli təkzib edib hədələdi – “Elə bir təhlükəyə çevriləcəm əsim-əsim əsəcəklər”backend

Elçin Əlibəyli təkzib edib hədələdi – “Elə bir təhlükəyə çevriləcəm əsim-əsim əsəcəklər”

Xəbər veriyimiz kimi bu gün xəbər saytlarında tanınmış aparıcı Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyülməsi xəbəri yayıldı.

Bizimyol.info saytına danışan jurnalist qeyd etdi ki, deyilənlər iftira və yalandan başq a bir şey deyil.

“Mənim haqqımda mənə qarşı böhtan və təzyiq kampaniyası başladılıb. Ölkədən çıxmağa hazırlaşıram. Ölkədən çıxan kimi hamısının adını açıqlayacam. İndi desəm qarşımı kəsərlər. Mən ağılsız adam deyiləm ki təyyarə və ya qatarla ölkədən çıxım. Belə eləsəm çıxmağıma mane olarlar. Hara gedəcəyimi demirəm. Amma gedəndən sonra mən elə bir təhlükəli qüvvəyə çevriləcəm ki, əsim- əsim əsəcəklər. Mənim yoldaşım Türkiyədə magistr təhsili alır. O bu gün gəlib belə bir şokla qarşılaşıb. Xəbər yayanları məhkəməyə verəcəm. Bizim ailəmizdə heç bir münaqişəli vəziyyət yoxdur”.

Hokm.az

  •  (0)
  •  (0)