Elçin dərs zamanı niyə vəfat edib? – Məktəbdəki ölümün təfərrüatıbackend

Elçin dərs zamanı niyə vəfat edib? – Məktəbdəki ölümün təfərrüatı

Xəbər verdiyimiz kimi, Cəlilabad rayonunda VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu dərs zamanı dünyasını dəyişib.

Hokm.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş vermiş hadisə ilə bağlı bəzi məlumatları əldə olunub.

Məlumata görə, 2010-cu il təvəllüdlü Elçin, tənəffüs zəngi zamanı ayağa qalxıb və birdən-birə yerə yıxılıb. Müəllimlər müdaxilə etsə də, onun nəbzinin vurmadığını müəyyənləşdiriblər. Azyaşlı dərhal xəstəxanaya aparılsa da, bu, artıq gec olub.

Yaxınlarının verdiyi məlumata görə, Elçinin daha əvvəllər də özündən getmələri olub. O, bu səbəbdən tibbi müayinədən keçib və həkim onun valideynlərinə bunun qan azlığından irəli gəldiyini deyib.

Göytəpə şəhər qəbiristanlığında dəfn olunan Elçinin 4-cü sinifdə oxuyan qardaşı var. Vəfat edən şagirdin atası dəmirçi sexində rəngsaz işləyir.

  •  (0)
  •  (0)