“Əlbəttə, mən yorulmuşam, amma…” – Zelenskibackend

“Əlbəttə, mən yorulmuşam, amma…” – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski istefasını nəzərdə tutan petisiya ilə bağlı danışıb.

“Qafqazinfo”nun məlumatına görə, o, bildirib ki, istefa verməklə prezident seçkilərinin ikinci turunda səsverməyə qatılaraq onu dəstəkləyən seçicilərin 73%-nin iradəsinə məhəl qoymaya bilməz.

“Əlbəttə, mən yorulmuşam, amma ümumiyyətlə özümü çox yaxşı hiss edirəm. Gələcəkdə də yaxşı fiziki formada olmağı planlaşdırıram” deyən Zelenski Ukraynanın konstitusiyasına əsasən, dövlət başçısının səlahiyyətlərinə hansı hallarda (istefa, səhhətinə görə vəzifəsini yerinə yetirə bilməmək, impiçment, ölüm) xitam verilə biləcəyini də xatırladıb.

Hokm.az

  •  (0)
  •  (0)