Ekspert: “Aviasiya sektorunun problemi AZAL-ın inhisarçı siyasətindədir”backend

Ekspert: “Aviasiya sektorunun problemi AZAL-ın inhisarçı siyasətindədir”

Nə qədər ki aeroportlar və milli aviadaşıyıcı bir şirkətin əlində cəmləşib, Azərbaycanın aviasiya sahəsində irəliləyiş gözləməyə dəyməz. Bu barədə iqtisadi ekspert Emil Quliyev “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində bildirib.

Bu yaxınlarda prezident İlham Əliyev dövlət şirkətlərinin, o cümlədən AZAL-ın (“Azərbaycan Hava Yolları” QSC) fəaliyyətini iqtisadi səmərəsizliyə görə kəskin tənqid edib.

“Əgər AZAL-ın böyük vergi borcları toplanırsa və bu borclar maliyyə amnistiyası hesabına ləğv edilirsə,  deməli, bu şirkətin fəaliyyətində sistemli problem var və onun işi düzgün qurulmayıb”, – o deyib.(Turan)

  •  (1)
  •  (0)