Xəzər televiziyasında yayımlanan və Zaur Kamalın aparıcılıq etdiyi “5-5″ verilişində qonaq olan əkiz qardaşlar Əməkdar artist Aybəniz Həşimovanın qızı Aynişan Quliyeva və gənc müğənni Sevda Yəhyaveya elçi düşüb.
Hokm.az BiG.AZ-a istinadla xəbər verir ki, 24 yaşlı əkiz qardaşlar müğənni xanımlarla ailə qurmaq istədiklərini bildirib. Bu zaman aparıcı onların ailə qurmaq istədiyi xanımların şəkillərini efirə verib.
Zaur ilk öncə Aybəniz Həşimovaya zəng vurub. Lakin əməkdar artist aparıcının zənginə cavab verməyib.
Daha sonra Zaur Kamal Sevda Yəhyaveya görüntülü zəng edib. Müğənni ona edilən evlilik təklifinə gülərək cavab verib.
Müğənni bildirib ki, evlənəcəyim insanı gərək məndə görüm. Hər ikisinə xoşbəxtlik arzulayıram. Amma bizdə alınmaz”.

















