Ehtiyatsızlıqdan güllələnən uşağın FOTOLARIbackend

Ehtiyatsızlıqdan güllələnən uşağın FOTOLARI

Xəbər verdiyimiz kimi, aprelin 7-də Abşeron rayonu, Məmmədli kənd sakini, 2008-ci il təvəllüdlü Nəbiyev Nihad Nicat oğlunun odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət aldığı üçün aprel ayının 15-də dünyasını dəyişib.

Unikal.org-un əldə etdiyi məlumata görə, 13 yaşlı oğlan Məmmədli kənd orta məktəbinin 6-cı sinif şagirdi olub.

Qeyd edək ki, Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, Aparılan araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nahid Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.S.Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Ehtiyatsızlıqdan güllələnən uşağın FOTOLARIEhtiyatsızlıqdan güllələnən uşağın FOTOLARIEhtiyatsızlıqdan güllələnən uşağın FOTOLARI

  •  (0)
  •  (0)