Ehtiyata buraxılan generallar kimdir? – DOSYEbackend

Ehtiyata buraxılan generallar kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidməti rəisinin iki müavini – general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov ehtiyata buraxılıb.
Hokm.az xəbər verir ki, Qaynarinfo ehtiyata buraxılan generalların kimliyini araşdırıb.
General-leytenant Azad Ələkbərov – O, 2012-ci ildə isə DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 2013-cü ildə general-mayor rütbəsində Azad Ələkbərov Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib.
2015-ci ilin avqust ayının 17-də ölkə başçısının sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib. Prezident onu bir sıra orden və medalları ilə təltif edib. 2013-cü ildə “Hərbi xidmətlərə görə”, 2020-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Azad Ələkbrov Füzulinin Böyük Bəhmənli kəndindəndir. Atası Qaçay Ələkbərov uzun illər polis orqanlarında yüksək vəzifələrdə xidmət edib.
General-leytenant İsmayıl Əkbərov – 2013-cü ildə DSX rəisinin müavini – Maddi Texniki Təminat Baş İdarəsinin rəisi. 2016-cı ilin avqust ayının 16-da ölkə başçısının sərəncamı ilə İsmayıl Bayram oğlu Əkbərov general-leytenant ali hərbi rütbəsi verilib. Ölkə başçısının sərəncamı ilə 2004-cü ildə “Hərbi xidmətlərə görə” medalı ilə,  2019-cu il sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2020-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə ilə təltif olunub.
  •  (2)
  •  (2)