Əhməd Məsudun ordusu hücuma keçdi – Taliblər geri çəkildibackend

Əhməd Məsudun ordusu hücuma keçdi – Taliblər geri çəkildi

Əfqanıstanın Milli qəhrəmanı, Şimal Alyansın lideri, “Pəncşir aslanı” Əhməd Şah Məsudun oğlu Əhməd Məsudun silahlı dəstələri cümə günü Bağlan vilayətinin üç bölgəsini (Salah, Puli-Hisar və Banu) taliblərdən geri aldılar. Bu barədə “Panjshir_Province” xəbər verib.

Hokm.az xəbər verir ki, Əhməd Məsud Əfqanıstanın “Taliban” tərəfindən nəzarət edilməyən sonuncu bölgəsi olan Pəncşirdə taliblərə qarşı silahlı dəstələrə rəhbərlik edir.

“Panjshir_Province” video yayıb. Həmin videogörüntülərdə Məsudun döyüşçüləri tərəfindən Dih-Salah bölgəsində Administrasiya rəhbərliyinin binası üzərinə Əfqanıstan bayrağını sancdığı əks olunub.

“Əfqanıstan bayrağı taliblərlə şiddətli döyüşlərdən sonra Bağlan əyalətindəki Dih-Salaha geri döndü”, – qəzet yazıb.virtualaz.org

  •  (0)
  •  (0)