Əhaliyə ŞAD XƏBƏR – Maska tələbi ləğv edilə bilər – VİDEObackend

Əhaliyə ŞAD XƏBƏR – Maska tələbi ləğv edilə bilər – VİDEO

2021-ci ilin yanvarından ölkədə peyvəndləməyə start veriləndən poliklinikalara üz tutanlar da oldu, vəziyyəti kənardan müşahidə etmək üçün gözləyənlər də. Elə ki qadağalar tətbiq edilməyə başlandı, peyvənd olunanların sayı artdı.

Hokm.az xəbər verir ki, hazırda ölkədə xeyli sayda insan vaksinasiya prosesində iştirak edib.

Səhiyyə Nazirliyinin mütəxəssis eksperti Təyyar Eyvazov da İTV-yə bildirib ki, ölkədə tam peyvəndlənmə 48 faiz təşkil edir: “Biz 18 yaşdan aşağıları çıxsaq, bu rəqəm 60-70 faiz civarındadır. Artıq buster doza alanların da sayı kifayət qədərdir. Təxminən bu da 30 faizdən yuxarı, yəni 3 milyondan çox insan buster doza vurdurub”.

Onun sözlərinə görə, peyvənlənmə bu qaydada davam edərsə və əhali karantin rejimi ilə bağlı ehtiyatı əldən verməzsə, minimal sayda qalan qadağalar da götürülə bilər.

 

  •  (0)
  •  (0)