Əhalini sevindirəcək xəbər – Kredit faizləri azaldıla bilər – VİDEObackend

Əhalini sevindirəcək xəbər – Kredit faizləri azaldıla bilər – VİDEO

Ötən il bank depozitləri üzrə faizlər azaldılsa da, bu, kredit faizlərinə təsir etməyib. Nəticədə kredit üzrə faizlər depozitlərdən daha çoxdur.

Bunu millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, kreditlər üzrə faizlərin tənzimlənməsinə və azaldılmasına ehtiyac var.

İqtisadçı alimin fikrincə, bir sıra təşviqedici tədbirlər nəticəsində kredit faizlərinin təqribən 4 faiz azaldılmasına nail olmaq mümkündür.

Millət vəkili bildirib ki, ipoteka kreditləri də 2 faiz azaldıla bilər.

Vətəndaşlar da kredit faizlərinin çox olmasından narazıdırlar.

  •  (0)
  •  (0)