Əhali ticarət mərkəzlərində nə qədər pul xərcləyir? – HESABATbackend

Əhali ticarət mərkəzlərində nə qədər pul xərcləyir? – HESABAT

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 6,0 milyard manatlıq, o cümlədən 3,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Hokm.az xəbər verir ki, 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 4,9 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,0 faiz artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 16,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

2021-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 26,6 faizi ticarət müəssisələri, 49,9 faizi fərdi sahibkarlar tərəfindən, 23,5 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,3 faiz, fərdi sahibkarlar üzrə 1,6 faiz artmış, bazar və yarmarkalarda isə 15,8 faiz azalıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 302,1 manatlıq, o cümlədən 160,6 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 141,5 manatlıq qeyri-ərzaq malları alıb.

  •  (0)
  •  (0)