Əgər Rusiya Çernobıl AES-i vursa… – Kramarenkobackend

Əgər Rusiya Çernobıl AES-i vursa… – Kramarenko

Əgər rus işğalçıları Kiyev bölgəsinə hücumlar zamanı Çernobıl AES-i vursalar, bunun nəticələri Ukrayna və dünya üçün dəhşətli ola bilər.

Hokm.az xəbər verir ki, bunu Ukraynanın İstisna zonasının idarə olunması üzrə Dövlət Agentliyinin sədri Yevgeni Kramarenko bildirib.

“Risklər böyükdür və nəticələr 1986-cı ildə bütün dünyanın yaşadığından qat-qat böyük olacaq. Xatırladım ki, işğal olunmuş Zaporojye AES-in ərazisində ruslar obyektlərdən birini vurdular və bu, dünyada indiyədək belə bir presedent oldu”, – Kramarenko deyib.

Onun sözlərinə görə, Rusiya işğalının bütün dövrü ərzində Çernobıl AES işğalçının hərəkətləri nəticəsində zədələnmə riski ilə üzləşib.Axar.az

  •  (0)
  •  (0)