Əfv siyahısı Prezidentə təqdim olunacaq – Sərəncam gözlənilirbackend

Əfv siyahısı Prezidentə təqdim olunacaq – Sərəncam gözlənilir

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Hokm.az xəbər verir ki, bununla da Komissiyanın iclasları başa çatıb.

Belə ki, bugünkü iclasda 100-dən çox müraciətə baxılıb. Bununla da ümumilikdə iclaslarda 600-dən çox müraciətə baxılıb.

Yekun siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Dövlət başçısının 28 May – Müstəqillik Günü münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağı gözlənilir.

  •  (0)
  •  (0)