Əfv komissiyasının üzvündən amnistiya ilə bağlı VACİB AÇIQLAMAbackend

Əfv komissiyasının üzvündən amnistiya ilə bağlı VACİB AÇIQLAMA

Noyabrın 5-də müzakirəsi gözlənilən amnistiya aktı Azərbaycanda bu günə kimi təsdiqlənən 11 amnistiya aktı ilə müqayisədə daha çox adamı əhatə edəcək. Əvvəlki aktlar 117 min nəfərə tətbiq olunub və həmin çərçivədə 30 min məhkum azad olunub.

Yeni amnistiya aktının isə ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bununla bağlı sənəd Prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olub.
Hokm.az-ın məlumatına görə, Mədəniyyət komitəsi sədrinin müavini, Əfv komissiyasının üzvü, deputat Fazil Mustafa “anews.az”a açıqlamasında bildirib ki, amnistiyanın şamil olunacaq şəxsləri müəyyən etmək üçün maddələrə baxılacaq, həmin maddələr uyğun görünən şəxslərə də şamil ediləcək.
Onun sözlərinə görə, əfvdən fərqli olaraq, amnistiyanın tətbiq edilməsi daha sadə və asan prosesdir, “Zəfər” gününə kimi prezidentin təqdim etdiyi siyahıya uyğun olaraq 16 min nəfərə aid edilməsi planlaşdırılır:
“Amnistiya elə bir aktdır ki, o, hüquq pozuntuları törətmiş şəxslərin fərdi olaraq müəyyənləşdirilməmiş dairəsi barəsində qəbul edilir və həmin şəxsləri, onlara qarşı tətbiq olunmuş və ya oluna biləcək cəzalardan azad edir, yaxud yüngülləşdirir.
Yəni xüsusi maddələr var ki, bunlara uyğun olaraq şəxslərə şamil olunur. Əfv zamanı isə hər fərdi barədə xüsusi analizlər aparmaq lazım olur ki, bu da xüsusi vaxt tələb edir.
Buna görə də noyabrın 8-ə kimi amnistiya nəzərdə tutulan şəxslərə şamil olunacaq”,- deyə o, əlavə etdi.
Həmçinin, millət vəkili əlavə etdi ki, qarşı tərəfin şikayəti geri çəkmədiyi məhkumlara da amnistiya tətbiq oluna bilər.
  •  (0)
  •  (0)