Əfv Komissiyasının üzvü: “Yeniliklər gözlənilir”backend

Əfv Komissiyasının üzvü: “Yeniliklər gözlənilir”

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasının keçirilməsi üçün müəyyən hazırlıqlar gedir. Əfvlə bağlı həddən artıq müraciətlər edilib.

Hokm.az xəbər verir ki, bunu report-a açıqlamasında komissiyanın üzvü, Milli Məclisin deputatı, parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

O xatırladıb ki, Əfv Komissiyasının yeni tərkibi formalaşıb:

“Bu sahədə müəyyən yeniliklər də gözlənilir. Cəza sisteminin humanistləşdirilməsi, əfv addımlarını əldə rəhbər tutaraq Əfv Komissiyasının yaxın zamanlarda işinə aktiv şəkildə keçməsi və insanların işinə baxılmasına qərar veriləcək”.

  •  (3)
  •  (1)