Əfqanıstanın pop-ulduzu ölkədən qaçdı – FOTObackend

Əfqanıstanın pop-ulduzu ölkədən qaçdı – FOTO

Talibanın hədəfə aldığı pop-ulduz Aryana Sayeed Kabildan Dohaya uçan təyyarədə olub.

Hokm.az xəbər verir ki, müğənninin sosial şəbəkədə paylaşdığı fotolar bunu göstərib.

Aryana Sayeed polis mühafizəsi altında Əfqanıstanda yaşayırdı. Mahnı oxumağa davam etdiyi üçün Taliban hərəkatının hədəfinə çevrilən müğənni Qətərə gedib.

İnstaqramda 1,3 milyon izləyicisi olan Aryananın təyyarədə çəkdirdiyi fotosu qısa müddətdə 94 mindən çox bəyənmə toplayıb.

ABŞ Müdafiə Nazirliyinin təşkil etdiyi 150 nəfər tutumlu təyyarəyə 650 nəfər minib.

Qeyd edək ki, Areyna Sayeed 2017-ci ildə Əfqanıstanın ən yaxşı qadın sənətçisi seçilib.teleqraf.com

  •  (0)
  •  (0)