Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin Cəlalabad şəhərində partlayışlar törədilib, azı 3 nəfər ölüb, 20-yə qədər yaralı var.
Əyalət qubernatorunun sözçüsü Ətaullah Xoqyani tərəfindən verilən məlumata görə, şəhərin bazar meydanında baş verən partlayışlardan sonra bir neçə nəfər xəstəxanaya çatdırılıb.
Pakistan sərhədinin yaxınlığında yerləşən Cəlalabadın 2015-ci ildən etibarən İŞİD-in başlıca dayaq mərkəzlərindən biri olduğu bildirilir. (report)
Hokm.az
















