Əfqanıstan Prezidenti ölkədən çıxarkən pullarını özü ilə götürə bilmədibackend

Əfqanıstan Prezidenti ölkədən çıxarkən pullarını özü ilə götürə bilmədi

Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkəni tərk edərkən 4 maşın dolu pulu özü ilə hava limanına gətirib.

Hokm.az xəbər verir ki, bu barədə Rusiyanın Əfqanıstandakı səfirliyindən “RİA Novosti”yə məlumat veriblər.

Bildirilib ki, Ə.Qəni 4 maşın dolu pulu özü ilə aeroporta gətirsə də, bütün pulları özü ilə aparmağa müvəffəq ola bilməyib.

“Pulların bir hissəsi uçuş zolağında qalıb”, – məlumatda qeyd edilib.

  •  (0)
  •  (0)