Əfqan miqrantlar Bakıda aksiya keçirməyə cəhd etdi – VİDEObackend

Əfqan miqrantlar Bakıda aksiya keçirməyə cəhd etdi – VİDEO

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bu gün Əfqanıstandan Azərbaycana gələn miqrantların Bakıda aksiya keçirməyə cəhd göstərməsi ilə bağlı açıqlama verib.

Hokm.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib ki, təxminən 40 nəfər əfqan miqrant icazəsiz aksiya keçirməyə cəhd göstərib.

“Onlar BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz şəkildə təşkil olunduğundan polis əməkdaşları onlarla profilaktik söhbət aparıb. Daha sonra isə aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”, – nazirlik sözçüsü vurğulayıb.

  •  (0)
  •  (0)