Əflatun Amaşov nə işlə məşğuldur? – Polad Həşimovun qardaşından SƏRT SÖZLƏRbackend

Əflatun Amaşov nə işlə məşğuldur? – Polad Həşimovun qardaşından SƏRT SÖZLƏR

Son günlərdə Milli Qəhrəman Polad Həşimovun adından dələduzluq hallarına yol verilməsi ailəsi tərəfindən ciddi narazılığa səbəb olub.
Bununla bağlı ”Ölkə.Az”a açıqlama verən Milli Qəhrəman Polad Həşimovun qardaşı İlham Həşimov bildirib ki, artıq bir neçə dəfə onun adından istifadə edirlər. “Biz artıq Polad Həşimovun adından istifadə edilməsindən yolrulmuşuq.  Bir neçə dəfə Poladın anası və oğlu Teymurun adından istifadə edib yazı yazıblar.  Buna bir son verilməlidir. Yəqin ki, mətbuatda da insan hüquqlarını kobud surətdə pozanlara nəzarət edən qurum var. Belə insanlar barəsində ciddi tədbir görülməlidir. Axı, bu insanların fəaliyyətində cinayət tərkibi var”- İ. Həşimov qeyd edib.
O, əlavə edib ki,  bu insanları yol verdiyi hərəkətə görə 200-300 manat cərimə edəndə və ya kiminsə xahişi ilə onlar barəsində tədbir görülməyəndə heç bir nəticəsi olmayacaq: “Belə insanlar ən azından 3-5 il həbs cəzası ilə cəzalandırılmalıdır. Biz də səbrsizliklə gözləyirik ki, Poladın adından istifadə edənlər nə zaman  cinayət məsuliyyətinə cəlb olunacaq. Yox əgər kiminsə xahişi ilə məsuliyyətdən uzaq qalcaqlarsa, bu cür  əməllərin qarşısını almaq qeyri-mümkün olacaq. Odur ki, Poladın ailəsi olaraq biz müvafiq dövlət qurumlarından dələduzluq edən şəxslər barəsində ciddi tədbirlər görülməsini xahiş edirik”.
 İ. Həşimov bildirib ki, kimsə Polada Milli Qəhrəman adının verilməsini həzm edə bilmirsə, deməli hansısa psixoloji problemi var və gedib həkimə müraciət etsin:
“Bu insanlar əslində ölkə başçısının yürütdüyü siyasətə və ölkənin əlyehinə çıxıb təxribat törədirlər. Odur ki, hadisəni törədən şəxsin adı bəllidir. Bunu törədən şəxsin adı Dənizdir. Hələ onun əvvəlki redaktoru ilə danışdım. O dedi ki, işində verdiyi nöqsanlara görə, işdən kənarlaşdırmışam. İndi də gedib  başqa bir mətbuat orqanı açıb, öz çirkin əməllərini davam etdirir. Sosial şəbəkəyə də vəsiqəni açıq formada qoyaraq, Poladın adından istifadə edirlər. Bir daha qeyd edirəm ki, Poladın ailəsi olaraq bu cür işlərdən artıq yorulmuşuq. Buna bir son verilməlidir.  Bildiyim qədər medianın fəaliyyətinə nəzarət edən Mətbuat Şurası və onun rəhbəri var. Bəs görəsən Əflatun Amaşov nə işlə məşğuldur? Nəyə görə, üzərinə düşən vəzifəni yerinə yetirmir?! Bizim əlimizdə elə imkan yoxdur ki, məsələni həll edək. Zəhmət çəkib dövlətin müvafiq qurumları  bu şəxslər barəsində təcili tədbirlər görməlidirlər. Biz də Poladın ailəsi olaraq  görüləcək tədbirləri gözləyirik. Bizdən əl çəksinlər. Yetər! Bu bizim itkimizdir. Bizi sakit buraxsınlar”.
  •  (2)
  •  (1)