Ebru Gündeş Rezanın 800 minlik hədiyyəsini satdıbackend

Ebru Gündeş Rezanın 800 minlik hədiyyəsini satdı

Türkiyəli müğənni Ebru Gündeş həyat yoldaşı Reza Zərrabın illər əvvəl ona hədiyyə etdiyi atı satıb.

Hokm.az xəbər verir ki, iş adamı sözügedən heyvanı 2012-ci ildə 800 min lirəyə (184 min manat) almışdı.

“Duty Free” adı qoyulan at iki il yarışlara qatılıb və ifaçıya 1 milyon 47 min lirə (338 min manat) qazandırıb. Ebru bir müddət əvvəl atı satmaq qərarına gəlib. Bununla bağlı dostlarına xəbər verən müğənniyə Amerikadan zəng gəlib.

Uzun müddətdir ABŞ-da yaşayan Alp Şemsettin Evcimen atı satın alıb. O, “Duty Free” üçün Gündeşə 100 min lirə (23 min manat) ödəyib.

Ebru Gündeş satışın gizli qalmasını istəsə də, alınmayıb. “Duty Free”nin ayğır kimi istifadə ediləcək.Axşam.az

  •  (0)
  •  (0)