Yük avtomobilləri əvvəlcə stasionar postda quraşdırılan tərəziyə çıxarılır. Normadan artıq yüklənən nəqliyyat vasitələrinin hərəkətinə isə icazə verilmir. Görüntülər Qaradağ rayonunda yerləşən stasionar postandır.
Hokm.az xəbər verir ki, qaydaları pozan sürücülərə qarşı inzibati qaydada protokol tərtib olunub.
Baş Dövlət yol polisi idarəsinin əməkdaşı Toğrul Nəsirli “Xəzər Xəbər”ə bildirib ki, yük avtomobillərinin normadan artıq yüklə hərəkət etməsi yollarda ciddi problemlərə səbəb olur.
Qurum rəsmisi əlavə edib ki, qanunda göstərilən yük parametrlərini aşma halları müəyyən edilərsə, avtomobili idarə edən fiziki şəхslər 600 mаnаt, vəzifəli şəxslər 1400 manatdan 1700 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcəklər.baku.ws