Düşmənin yüksək rütbəli zabitləri və taborların şəxsi heyəti məhv edildi: Ermənilər geri çəkilir – RƏSMİbackend

Düşmənin yüksək rütbəli zabitləri və taborların şəxsi heyəti məhv edildi: Ermənilər geri çəkilir – RƏSMİ

Cəbhədə oktyabrın 21-nə olan son vəziyyət açıqlanıb.

Müdafiə Nazirliyindən Hokm.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək, geri çəkilməyə məcbur edilib.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborunun şəxsi heyəti ilə birlikdə məhv edilib.

6-cı və 7-ci dağatıcı alayların müdafiə sahələrində düşmən bölmələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var. Məhv edilənlər arasında alay komandirinin müavini Vahan Sarkisyan da var.

  •  (0)
  •  (0)