Düşmənin qaçmağa başladığı döyüş – Ermənilərin qorxulu yuxusubackend

Düşmənin qaçmağa başladığı döyüş – Ermənilərin qorxulu yuxusu

“Vətən müharibəsində Azərbaycanın bütün əməliyyatları mərkəzdən idarə olunaraq müharibə planı əsasında təşkil olundu. Füzulinin də azad edilməsi məhz bu planın bir hissəsi idi”.

Hokm.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, Füzuli şəhərinin azad edilməsi əsgərlərimizdə ruh yüksəkliyi yaratdı:

“Füzulinin azad edilməsinin bir neçə əhəmiyyəti var idi. Yəni taktiki cəhətdən döyüşə təsir edən məqam, Füzulinin ətrafında olan yol şəbəkəsi nəzarət altına alındı və Füzuli kimi böyük, demək olar ki, ən iri yaşayış məntəqəsi azad olundu. Bilirsiniz ki, Füzuli mühəndis-istehkam cəhətdən güclü müdafiə sistemi qurulmuş yaşayış məntəqələrindən biri idi. Oradan düşmənə məxsus çoxlu qənimət götürüldü, texnika, şəxsi heyyət məhv oldu, Demək olar ki, Füzulini Xocavənd, Ağdam, Ağdərə kimi rayonlarda olan düşmən qüvvəsini mühasirəyə almaq üçün çox əlverişli, strateji əhəmiyyətə malik ərazi kimi dəyərləndirirəm. Digər tərəfdən deyərdim ki, Füzuli məhz həmin o istiqamətlərdən hansısa qüvvələri çəkilib cənub istiqamətinə yönəlməsinin qarşısını alan bir ərazidir.

Füzulinin işğaldan azad edilməsi bzim üçün mənəvi, psixoloji cəhətdən həddindən böyük əhəmiyyət daşıyır. Mənəvi, psixoloji əhəmiyyət hər bir döyüşün, hər bir müharibənin demək olar ki, onurğa sütunudur. Təbii ki, hər azad edilmiş ərazi, o cümlədən böyük Füzuli şəhərinin azad edilməsi bizim döyüşçülərdə ruh yüksəkliyi yaratdı. Bu, düşməndə isə əks təsirini göstərdi, qaçmağa başladılar, artıq planlı müqavimət göstərə bilmədilər və düşmən cəbhəsində fərarilik hallarının çoxalması ilə müşahidə olundu.

Bu müharibə beynəlxaq geosiyasi arenada göstərdi ki, Azərbaycan öz müharibəsini özü apara bilir, öz haqqını özü tələb edə bilir və bunu çox uğurla bacarır”.

  •  (0)
  •  (0)