Düşmənə əyilmədən ayaq üstə atəş açan ŞƏHİDİMİZ – FOTObackend

Düşmənə əyilmədən ayaq üstə atəş açan ŞƏHİDİMİZ – FOTO

İkinci Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olanlardan biri də Mirmöhsum Əhmədovdur.

Hokm.az xəbər verir ki, sosial şəbəkələrdə şəhidimizin həyat hekayəsi yazılıb. Olduğu kimi sizə təqdim edirik:

“Şəhid Mirmöhsum Əhmədov 21.01.2002 ci ildə Neftçala şəhər qoltuq Kəndində doğulmuşdur.9 ci sinifin məzunu olaraq Baki Biznes Kooperasiya kollecinə daxil olan Mirmöhsum tələbə yoldaşlari ve kollecin kollektivi arasında sevilən, vətənpərvərliklə seçilən tələbə olub. Ağcabədidə N saylı hərbi hissədə xidmət edən Mirmohsum sentyabr ayinda Fizuli rayonunda xidmətə yollanır. Döyüs yoldaşları Mirmohsumun necə vətənəpərvər və cəsarətli əsgər olduğundan danışır Mirmohsum Fizulidə və sonradan Qubadlıda döyüşub. Qəhrəman şəhid qardaşımız üzbəüz döyüşdə heç zaman qorxu bilməyib. Döyüşlərin birində Mirmohsumə komandiri və döyüş yoldaşları səs etsədə o əyilməyib ayaq ustə düşmənə atəş açmaga davam edib. Yaşı az qəhrəmanlığı böyük olan əsgər qardaşımız. Düşmənin snayper gülləsi ilə şəhid olub. Allah rəhmət etsin ruhu şad olsun. Nə qədər ki, Mirmohsum kimi qəhrəman oğullar var vətən sag olacaq”.biig.az

  •  (3)
  •  (1)