Düşmən özü də bilmədən həqiqəti SÜBUT ETDİ – Nifrət planlarını pozdu – FOTObackend

Düşmən özü də bilmədən həqiqəti SÜBUT ETDİ – Nifrət planlarını pozdu – FOTO

Erməniləri onlardan yaxşı Azərbaycan xalqı tanıyır. Düşmən nə qədər azğın, murdar, hiyləgər və təxribata meyilli olduğunu son hadisələr zamanı bütün dünyanın gözü qarşısında nümayiş etdirməkdə davam edir. Bəli, dünyanın gözü qarşısında. Amma əfsuslar olsun ki, dünyanın kor olduğunun növbəti dəfə şahidi olduq.

Belə ki, BMT İnsan Haqları Şurasının Xüsusi Prosedur Mexanizminin dərc olunan Bəyanatı qərəzli mövqeyi ilə təəccübləndirdi. Belə ki, Şuranın Xüsusi Prosedurlar Mexanizmindəki Bəyanatda Ermənistanın hərbi cinayətləri yer almayıb. Ən gözlənilməzi isə Ermənistanın qanunsuz işğalı faktı bu Bəyanatda əksini tapmayıb. Burada Ermənistan saxta “beynəlxalq terrorizmə qarşı mübarizə aparan qurban ölkə” kimi təqdim olunur. BMT İnsan Haqları Şurasının Xüsusi Prosedur Mexanizminin Bəyanatında Ermənistanın xaricdən gətirdiyi döyüşçülərdən istifadə etməsi haqqında fikirlər yer alsa da, bu fakt kifayət qədər əsaslı və ətraflı göstərilməyib. Əvəzinə Bəyanatda Ermənistanın Suriya Milli Ordusuna mənsub olan videogörüntüləri saxtalaşdıraraq təqdim etdiyi görüntülər sübut kimi qələmə verilib. BMT İnsan Haqları Şurasının Xüsusi Prosedur Mexanizminin Bəyanatında mülki şəxslərə hücumlardan bəhs edilsə də, bunun Ermənistan tərəfindən törədilmədiyi kimi təqdim olunub. Həmin sənətdə Ermənistanın qadağan olunmuş raketlərlə Azərbaycandakı mülki yaşayış məntəqələrinə dəfələrlə hücumu və “Human Rights Watch” və “Amnesty International” tərəfindən də qeydə alınmış diğər hərbi cinayətləri ümumiyyətlə yer almayıb.

Bunun fonunda Azərbaycan dünyaya növbəti humanizm nümunəsi göstərərək Ermənistanın qarşıda baş verə biləcək istənilən təxribatına adekvat cavab üçün mühüm zəmin yaratmış oldu. Necə ki, bunu Tovuz döyüşlərindən sonra sentyabrın 27-nə kimi Azərbaycan diplomatik addımları ilə işğala hərb yolla son qoymaq üçün lazımi hazırlığa malik olduğunu göstərdi.

Noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin, Ermənistan baş nazirinin imzası ilə düşmənin kapitulyasiyanı rəsmiləşdirən sənəddə inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılacağı (Noyabrın 15-i Kəlbəcər, 20-si Ağdam, dekabrın 1-i isə Laçın azad edilir) razılaşdırılsa da, ötən gün bəzi dəyişikliklər edildiyi ictimaiyyətə çatdırıldı. Belə ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistanın Kəlbəcərin təhvil verilməsi üçün 25 noyabradək vaxt istədiyini bildirib. O, Ermənistan tərəfinin Rusiya vasitəsilə bu vaxtın uzadılması üçün müraciət etdiyini deyib. Buna görə də Azərbaycan tərəfinin humanizmdən çıxış edərək təhvil vermə prosesini noyabrın 25-dək uzatdığını açıqlayıb.

Əslində Azərbaycan bu addımı ilə özünün üzünü ağ, düşmənin də mənfur sifətini bir daha nümayiş etdirdi. Rəsmi Bakı bu qərarla barmağını reallığı qəbul etmək istəməyən, həqiqəti görməyən dünyanın gözünə soxdu.

Çünki Ermənistan 1993-cü ildə Kəlbəcərə hücum zamanı rayonu mühasirəyə aldığı zaman bunun tam əksini edərək terrorçu xislətlərini nümayiş etdirmişdi. Həmin vaxt erməni işğalçılarının tərkibində olan erməni əsilli ABŞ vətəndaşı, terrorçu Monte Melkonyan Kəlbəcər sakinlərini hədələyərək onlara öz doğma yurdlarından çıxmaq üçün cəmi 10 saat vaxt vermişdi.

Məlum sənədə əsasən Kəlbəcərin təhvil verilməsi prosesi artıq bir neçə gündür davam edir. Lakin terrorçu, vəhşi xislətini gizlədə bilmir. İşğal altında olmuş Azərbaycan ərazilərində bütün mədəni və tarixi irsimizi məhv edən Ermənistan indi də qoşunlarını çıxardığı ərazilərdə ekoloji fəlakət törədir. Monoetnik dövlət olan Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan topraqlarında xalqımızın milli-mədəni irsi, mədəni abidələri, məscidlər və ibadət evləri dağıdılıb, talanıb, hətta qəbir daşları belə yerindən çıxarılıb. Bu vandalizm aktları azad olunan ərazilərin video və foto təsvirlərində aydın əksini tapıb.

BBC-nin Kəlbəcərdən nümayiş etdirdiyi videomaterial və digər faktlar da sübut edir ki, ermənilər təkcə işğal olunmuş ərazilərdə milli-mədəni, dini abidələri, qəbirləri dağıtmayıb, həm də meşələri yandıraraq, su hövzələrinə zərər verməklə ekoloji fəlakət yaradırlar. Şuşa şəhəri vaxtında Azərbaycan Ordusu tərəfindən azad edilməsəydi, ətrafdakı meşələrin fosfor tərkibli silahlarla yandırılacağı gözlənilən idi.

Bu azmış kimi Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirirlər. Erməni vəhşiliyinin növbəti təzahürünü iki gün əvvəl gördük. Əraziləri sahibinə təhvil verməli olan ermənilər torpaqları minalayaraq geri çəkilir. Nəticədə iki azərbaycanlı qardaş minaya düşüb və onlardan biri artıq vəfat edib.

Sosial şəbəkələrdə qarşımıza çıxan kadrlardan da gördüyümüz kimi ermənilər 30 ildir yaşadıqları azərbaycanlıların evlərinin damını, qapı, pəncərəsini söküb özləri ilə aparırlar. Ən gülüncü isə unitaza kimi söküb özləri ilə Ermənistana apardıqları kadrlardır. Ermənistan silahlı birləşmələri artıq Kəlbəcərin yüksəkliyində yerləşən postlara da od vururlar.

Əslində hadisələrin bu cür cərəyan etməsi simvolik məna daşıyır. İllər əvvəl Kəlbəcərdən çıxarılan azərbaycanlılar özləri ilə evlərinin açarlarını götürərkən, düşmən yandıraraq tərk edir. Səbəb isə çox sadədir. Birinin evinə dönəcəyinə, digərinin isə əsla qayıtmayacağına olan inamdır. Oğru oğurluq elədiyi evdən gedəndə evi yandırır ki, cinayətin izini itirsin. Heç kim yaşatdığını yaşamadan ölmür deyirlər. Ermənistanın cinayətkar rəhbərliyi əmin olsun ki, onların bu gün törətdikləri vəhşiliklər heç zaman Azərbaycan xalqının yaddaşından silinməyəcək və hər bir əməllərinə görə bir gün mütləq bu xalqa cavab verəcəklər. Necə ki, verdilər…Milli.az

  •  (0)
  •  (0)