Düşmən hücuma cəhd göstərib: Əks-həmlə əməliyyatı keçirilir – RƏSMİbackend

Düşmən hücuma cəhd göstərib: Əks-həmlə əməliyyatı keçirilir – RƏSMİ

İtirilmiş mövqeləri geri qaytarmaq üçün Madagiz istiqamətinə əlavə qüvvələr cəmləşdirən düşmən sentyabrın 30-u səhər saatlarından başlayaraq hücuma cəhd göstərib.

Hokm.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, düşmənin bu fəaliyyətinin qarşısı alınır və onun müqavimətinin qırılması məqsədilə qoşunlarımız tərəfindən əks-həmlə əməliyyatı keçirilir.

Hazırda bütün cəbhə boyu hərbi əməliyyatlar davam edir.

  •  (0)
  •  (0)