Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu – RƏSMİbackend

Düşmən Ermənistan ərazisindən rayonlarımızı atəşə tutdu – RƏSMİ

Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.

Noyabrın 3-ü, saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

  •  (0)
  •  (0)