Düşmən Ağdam kəndində dinc sakinləri və yaşayış məntəqələrini atəşə tutub – FOTOLARbackend

Düşmən Ağdam kəndində dinc sakinləri və yaşayış məntəqələrini atəşə tutub – FOTOLAR

12 iyul təxribatı zamanı adekvat cavab tədbirlərindən dərs almayan düşmən növbəti dəfə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayon istiqamətində təxribata əl atıb.

Hokm.az xəbər verir ki, Ordu.az-ın Qərb bürosu xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunun Ağdam kəndinin dinc sakinlərini və yaşayış məntəqələrini atəşə tutub.

İriçaplı silahlardan atılan mərmilər evlərə ciddi ziyan vurub. Kənd sakini Minayə Qasımovanın evi davamlı atəşə tutulduğundan daha çox ziyan məhz bu evə dəyib.

Düşmən silahlıları bu gün səhər saatlarında da təsərrüfat işləri ilə məşğul olan kənd sakinlərini atəşə tutub. Ordumuzun adekvat cavab və cəza tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurulub. Ümumilikdə cəbhəboyu ərazilərdə əməliyyat şəraiti ordumuzun nəzarəti altındadır.

Düşmən təxribatı zamanı kənd sakini Minayə Qasımovanın evinə zərər dəyməsini Ağdam Kənd İcra Nümayəndəsi Həqiqət Məmmədova təsdiqləyib. Bildirilib ki, faktla bağlı rayon icra hakimiyyətinə və digər aidiyyatı qrumlara da məlumat verilib.

  •  (0)
  •  (0)