Duru yağlar kəskin bahalaşdı – YENİ QİYMƏTLƏRbackend

Duru yağlar kəskin bahalaşdı – YENİ QİYMƏTLƏR

Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir.
Hokm.az bildirir ki, qida məhsulu kimi istehlak edilən əsas yağlar günəbaxan, qarğıdalı və zeytun yağlarıdır.
Rəsmi məlumatlar göstərir ki, 2020-ci ilin iyunundan 2021-ci ilin iyununa kimi günəbaxan və qarğıdalı yağlarının qiymətində təxminən 1 manat, zeytun yağlarının qiymətində 30 qəpik artım var.
Günəbaxan yağının litrinin qiyməti bir il əvvəl orta hesabla 2,9 manat idi. Hazırkı qiymətlər 4 manatdır.
Qarğıdalı yağı bir il əvvəl orta hesabla 4,31 manata satıldığı halda indi 5,31 manata təklif edilir.
 
Zeytun yağı ötən ilin iyunun 1-də orta hesabla 12,9 manata satılırdı. Hazırkı qiymət isə 13,2 manatdır.
Müqayisə göstərir ki, daha böyük artım günəbaxan və qarğıdalı yağlarının qiymətində qeydə alınıb. Bu məhsulların bahalaşmasının əsas səbəbi dünyada eyni növ məhsulların bahalaşmasıdır. Azərbaycan həm birbaşa satış üçün, həm də təkrar istehsal məqsədilə istifadə etdiyi məhsulun böyük hissəsini idxal etdiyindən qlobal əmtəə qiymətlərindəki dəyişiklik ölkəmizdəki pərakəndə qiymətlərə də təsir göstərib.sfera
  •  (0)
  •  (1)