Dünyanın ən bahalı futbolçuları məlum oldu – SİYAHIbackend

Dünyanın ən bahalı futbolçuları məlum oldu – SİYAHI

Kilian Mbappe DÇ-2022-dən sonra “Transfermarkt”ın versiyasına görə dünyanın ən bahalı futbolçusu olub.

Portal PSJ-nin və Fransa millisinin hücumçusunun qiymətini 180 milyon avroya qaldırıb. Bununla da Mbappe dünyanın ən bahalı futbolçuları siyahısında 170 milyon avro dəyərində qiymətləndirilən “Mançester Siti”nin hücumçusu Erlinq Holandı geridə qoyub.

Xatırladaq ki, 2022-ci il dünya çempionatından əvvəl Mbappe 160 milyon avro dəyərində qiymətləndirilirdi.

Ən bahalı futbolçuların ilk onluğu isə aşağıdakı kimidir:

1. Kilian Mbappe (PSJ/Fransa) – 180 milyon avro;

2. Erlinq Holand (“Mançester Siti”/Norveç) – 170 milyon avro;

3. Vinisius Junior (“Real Madrid”/Braziliya) – 120 milyon avro;

4. Cud Bellingem (“Borussia Dortmund”/İngiltərə) 110 milyon;

5. Fil Foden (“Mançester Siti”/İngiltərə) – 110 milyon avro;

6. Pedri (“Barselona”/İspaniya) – 100 milyon avro;

7. Camal Musiala (“Bavariya”/Almaniya) – 100 milyon avro;

8. Bukayo Saka (“Arsenal”/İngiltərə) – 100 milyon avro;

9. Federiko Valverde (“Real Madrid”/ Uruqvay) – 100 milyon avro;

10. Qavi (“Barselona”/İspaniya) 90 milyon avro.///oxu.az

  •  (2)
  •  (0)