Dünyanı qorxuya salan GÖRÜNTÜLƏR: İnsanlar qaçmağa başladı – VİDEObackend

Dünyanı qorxuya salan GÖRÜNTÜLƏR: İnsanlar qaçmağa başladı – VİDEO

Dünyanı qorxuya salan GÖRÜNTÜLƏR: İnsanlar qaçmağa başladı

Hokm.az Publika.az-a istinadla xəbər verir ki, İndoneziyada yerləşən Merapi vulkanında son 1 gün ərzində 3 güclü partlayış baş verib.

Partlayış nəticəsində əmələ gələn zərərli tüstü 2 min metrəyə qədər yüksəlib. Ətrafa yayılan qatı duman yaxınlıqda yerləşən yaşayış məntəqələrində fəsadlar törədib. İnsanlar nəfəs almaqda çətinlik çəkir. Yerli dairələr vulkandan 3 kilometrə qədər məsafədə yaşayan bütün sakinləri təxliyə edib. Minlərlə insan təhlükəsiz ərazilərə köçüb. Tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, Merapi vulkanı bölgənin ən təhlükəli yanardağı hesab olunur.

  •  (0)
  •  (0)