Dünyada tualet kağızı qıtlığı yarana bilərbackend

Dünyada tualet kağızı qıtlığı yarana bilər

Dünyada tualet kağızı qıtlığı yarana bilər.

Bunu “Bloomberg” xəbər agentliyi iddia edib.

Qurum sözügedən problemin Cənubi Amerikadan xammal gətirən gəmilərin çatışmazlığı səbəbindən baş verə biləcəyini bəyan edib.

Agentlikdən verilən xəbərə görə, tualet kağızı üçün xammal kimi istifadə olunan materialın ən böyük istehsalçısı olan Braziliyanın “Papel e Celulose” şirkəti konteynerlərin azlığından şikayət edib və xammalın tədarükündə yubanmalar ola biləcəyini açıqlayıb.

Qeyd olunur ki, sözügedən şirkət öz sahəsi üzrə qlobal bazarın 1/3 hissəsinə nəzarət edir. Dəniz daşınmalarının gündən-günə artması konteynerlərə olan tələbatı da artırır və onların çatışmazlığına səbəb olur./Oxu.az

  •  (0)
  •  (0)