Dünyada ət qıtlığı başlayır- XƏBƏRDARLIQ…
ABŞ-da koronavirus özü ilə bərabər ət qıtlığı gətirib.
Hokm.az Cebhe.info-ya istinadla xəbər verir ki, ölkədə 13 zavod ət istehsalını dayandırıb. Bu isə ölkədə ciddi ət qıtlığı yaradacaq.
Donuz əti istehsalı ilə məşğul olan müəssisələrin dörddə biri, mal əti istehsal edən müəssisələrin isə 10 faizi artıq işləmir. 24 apreldə “Tyson Foods İNC.” korporasiyasından bildirilib ki, Vaşinqtondakı ət istehsalı müəssisəsini bağlayır. Kanada da eyni problem özünü göstərdiyindən, bu ölkədən ABŞ-a ət ixracı dayandırılır. Dünyada ən böyük ət istehsalçılarından olan olan JBS SA ət qıtlığı barədə xəbərdarlıq edib. Buna görə də ətin qiymətində 137 faiz bahalaşma qeydə alınıb. Vəziyyəti ciddiləşdirən bir amil də Kənd Təsərrüfatı Nazirliyinin 100 əməkdaşının virusa yoluxmasıdır. Əgər onlar virusu özləri ilə bərabər ət istehsalı müəssisəslərinə aparıblarsa, vəziyyət daha da pisləşəcək.
















