Dünyada BİR İLK: COVID-19-a təkrar yoluxan qadın öldübackend

Dünyada BİR İLK: COVID-19-a təkrar yoluxan qadın öldü

Niderlandda ikinci dəfə yeni tip koronavirusa yoluxan 89 yaşlı qadın dünyasını dəyişib.

Hokm.az xəbər verir ki, bu barədə Oksford Universitetinin saytında qeyd olunub.

Holland alimlər bildiriblər ki, qan xəstəliyi və immun çatışmazlığından əziyyət çəkən qadın COVID-19-dan sağalandan iki ay sonra təkrar yoluxub. Bir neçə gün sonra vəziyyəti pisləşib, xəstəxanaya aparılandan iki həftə sonra isə orada dünyasını dəyişib.

Niderlandın BNO nəşri qeyd edir ki, bu, təkrar yoluxmadan ilk ölüm halıdır.

Avqustun sonunda virusoloq Marion Kopmans deyib ki, Niderlandda ilk dəfə təkrar yoluxma immun sistemi zəif olan yaşlı xəstədə qeydə alınıb.Publika.az

  •  (0)
  •  (0)