Dünya mübaribəsinin ASTANASINDA: Çin hücuma hazırlaşır?backend

Dünya mübaribəsinin ASTANASINDA: Çin hücuma hazırlaşır?

Çin Amerika donanmasının təyyarə gəmisi və esminesinin maketini hazırlayıb.

Hokm.az bildirir ki, bu barədə ABŞ-a məxsus “Maxar” adlı texnoloji şirkəti peyk görüntüləri yayımlayıb. Çəkilmiş şəkillərdə bir ədəd təyyarə gəmisi və dəmir yolu üzərində ən azı bir esminesin modeli aydın görünüb. Şirkətdən verilən məlumata görə, görüntülər ölkənin şimal-şərqində yerləşən Sincan bölgəsindəki Taklamakan səhrasından qeydə alınıb.
Atılan addımın Çin ordusunun yeni hədəf hazırlıqlarının bir hissəsi ola biləcəyi ehtimal edilib. Modellərin düzəldilməsi, sözügedən ölkənin dənizdə mümkün münaqişə planlaşdırdığının göstəricisi hesab olunub.

Qeyd edək ki, son zamanlar ABŞ və Çin orduları arasında, xüsusilə Tayvan məsələsinə görə gərginlik yaşanır.sfera.az
  •  (0)
  •  (0)